Almaniyada istehsalçı qiymətləri üzrə 2 ilin ən aşağı artımı müşahidə olunub | Banco.az

Almaniyada istehsalçı qiymətləri üzrə 2 ilin ən aşağı artımı müşahidə olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada ötən ay istehsalçı qiymətlərində 2 ilin ən aşağı artımı reallaşıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, ölkədə İstehsalçı Qiymətləri İndeksi (PPI) aprel ayında əvvəlki ayla müqayisədə 0,3 faiz, əvvəlki illə müqayisədə isə 4,1 faiz artıb.

Enerji qiymətlərinin aşağı düşməsi ilə istehsalçı qiymətlərindəki yüksəliş təzyiqi zəifləsə də, aprel ayında sözügedən artımın analitiklərin gözlədiyindən çox olması diqqət çəkib. Belə ki, analitiklər illik 4 faiz artım proqnozlaşdırmışdılar.

Sözügedən dövrdə illik artımın ən böyük səbəbi nəqliyyat vasitələri və mexanizmlər də daxil olmaqla sərmayə mallarının qiymətlərinin bahalaşması olub. Bu kateqoriyada bahalaşma əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et