Müəllif - Aida İsaq, Banco.az
Almaniyada istehsalçı qiymətləri ardıcıl olaraq səkkizinci ay ucuzlaşıb.
Banco.az xəbər verir ki, Almaniya federal statistika idarəsinin açıqladığı məlumatlara görə, istehsalçı qiymətləri may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artıb. Əvvəlki ayda 4,1 faiz olan istehsalçı qiymətlərinin artım tempinin 1,7 faizə enəcəyi proqnozlaşdırılmışdı.
Kapital malları və sabit olmayan istehlak məhsullarının qiymət artımı indeksin illik artımına ən çox təsir göstərən amilllər olub. Kapital mallarının qiymətləri illik müqayisədə 6,5 faiz artıb. Bu artım əsasən maşın-mexanizmlərin qiymətlərinin 8,2 faiz, nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin qiymətlərinin 5,6 faiz artması hesabına baş verib.
İstehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,4 faiz azalıb.
Eyni ayda enerji qiymətləri əvvəlki aya görə 3,5 faiz, əvvəlki ilin eyni dövrünə görə isə 3,3 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!