Almaniyada istehsalçı qiymətləri rekord vurdu | Banco.az

Almaniyada istehsalçı qiymətləri rekord vurdu

Tamara Mustafayeva, Banco.az

Almaniyada istehsalçı qiyməti rekord vurdu.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniyada istehsalçı qiymətləri yanvar ayı üzrə enerji qiymətlərindəki bahalaşmanın təsirilə proqnozları üstələyib.

Almaniya Federal Statistika Komitəsinin məlumatına görə, istehsalçı qiymət indeksi (CPI) ötən ay 2,2% artım göstərib. Ekspertlərin proqnozu isə 1,5% idi.

İndeks illik əsasda da 25%-lik artımla rekorda imza atıb ki, proqnozlar 24,4%-i göstərirdi. 

Sözügedən artımda enerji qiymətlərinin bahalaşması mühüm rol oynayıb. Belə ki, qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 66,7% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, CPI ötən ilin dekabr ayında 5%-lik göstərici ilə rekord səviyyəyə çatmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et