Almaniyada istehsalçı qiymət indeksi rekord səviyyədən geriləyib | Banco.az

Almaniyada istehsalçı qiymət indeksi rekord səviyyədən geriləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay istehsalçı qiymətlərinin Almaniya iqtisadiyyatına təsirində sürətli relaksasiya müşahidə olunub.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, oktyabr ayında istehsalçı qiymətləri indeksi (PPI) aylıq müqayisədə 4,2 faiz azalıb, illik müqayisədə isə 34,5 faiz artıb.

Sentyabrda isə bu göstəricilər müvafiq olaraq 2,3 və 45,8 faiz artım istiqamətində idi və bununla da,istehsalçı qiymətləri illik əsasda rekord səviyyəyə çatmışdı.

Qeyd edək ki, bəzi ekspertlər aylıq 2 faiz azalma, bəziləri isə 3,1 fazi artım gözləyirdilər. İllik proqnozlar isə 33,7 faizlə 44,8 faiz arasında dəyişirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram