Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada istehlakçı inamı üçüncü ayda da azalıb.
Banco.az xəbər verir ki, baş ofisi Almaniyada yerləşən bazar araşdırması şirkəti GfK və Nürnberq Bazar Qərarları İnstitutu tərəfindən hazırlanan İstehlakçı İnam İndeksinin gələn ay üzrə nəticələri açıqlanıb.
Nəticələr göstərir ki, sentyabrda bu ay üçün mənfi 26,7 punkt olaraq ölçülən İstehlakçı İnam İndeksinin noyabr ayı üçün 1,4 bənd azalaraq mənfi 28,1 punkta düşdüyü proqnozlaşdırılıb. Beləliklə, indeks ardıcıl üçüncü aydır ki, enişini davam etdirib.
Ekspertlərin indeksin mənfi 26,5 punkt olacağını gözləyirdilər.
Nəticələri qiymətləndirən GfK tədqiqatçısı Rolf Buerkl, "Ardıcıl üç aylıq azalma ilə İstehlakçı İnamının ilin sonuna qədər bərpa olunacağına ümidlər tamamilə yox olub”, fikirlərini səsləndirib. O bildirib ki, yüksək ərzaq qiymətləri Almaniyada ev təsərrüfatlarının alıcılıq qabiliyyətini aşağı salıb.
Bizi sosial şəbəkələrdən izləyin!!