Almaniyada işsizlik iyun ayında gözləniləndən yüksək olub | Banco.az

Almaniyada işsizlik iyun ayında gözləniləndən yüksək olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada işsizlik iyun ayında proqnozları üstələyib.

Banco.az xəbər verir ki, durğun iqtisadiyyatın əmək bazarına mənfi təsirini davam etdirməsi ilə Almaniyada işsiz əhalinin sayı iyun ayında əvvəlki ayla müqayisədə 19 min nəfər artıb.

Almaniya Federal Məşğulluq Agentliyinin (BA) işsizlik göstəricilərinə dair iyun ayı məlumatlarına görə, ölkədə mövsümi təsirlərdən kənarlaşdırılmış əsasda işsizlərin sayı iyun ayında əvvəlki aya görə 19 min nəfər artaraq 2 milyon 781 min nəfərə çatıb.

Ekspertlər işsizlərin sayının 15 min artacağını gözləyirdi.

Ölkədə may ayında 5,9 faiz olan mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti isə iyun ayında 6 faizə yüksələrək 2021-ci ilin may ayından bəri ən yüksək səviyyəyə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Almaniya iqtisadiyyatı 2 illik tənəzzüldən sonra ilin birinci rübündə 0,2 faizlik artım qeyd edərək texniki tənəzzülə girməkdən yayınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram