Almaniyada işsizlik gözləniləndən çox artıb | Banco.az

Almaniyada işsizlik gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada işsizlərin sayı 25 min nəfər artıb.

Banco.az xəbər verir ki, Almaniyada ötən ay işsiz əhalinin sayında gözləniləndən çox artım qeydə alınması Avropanın ən böyük iqtisadiyyatında bu il ancaq tədricən bərpa müşahidə olunacağına dair proqnozları gücləndirib.

Çərşənbə axşamı Almaniya Federal Əmək Agentliyinin verdiyi məlumata görə, ölkədə işsiz əhalinin sayı may ayında 25 min nəfər artıb ki, ekspertlər 7 min nəfərlik artım gözləyirdilər.

Məlumatlara əsasən, ölkədə işsizlik səviyyəsi isə 5,9% təşkil edib.

Agentliyin rəhbəri Andrea Nahles açıqlamasında bildirib ki, iqtisadiyyatın gözlənilən bahar bərpası elə də uğurlu olmayıb.

Xatırladaq ki, Almaniya iqtisadiyyatı 2023-cü ilin sonunda baş verən iqtisadi daralmadan bu ilin birinci rübündə 0.2% artan hasilatı stimullaşdırmağa kömək edən mülayim hava şəraiti kimi amillərin təsirindən xilas olmaqdadır. Analitiklər istehlakın bərpası və sənayenin daha güclü tələbatdan faydalanması nəticəsində artımın ilin qalan hissəsində də davam edəcəyini düşünürlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram