Tamara Mustafayeva, Banco.az
Almaniyada əmək bazarının ümumi mənzərəsi müsbətə doğru dəyişib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniya Federal İş Agentliyi (BA) oktyabr ayı üzrə işsizlik göstəricilərini açıqlayıb.
Buna görə, ölkədə işsizlərin sayı iqtisadi canlanmanın fonunda proqnozları üstələyərək ötən aya nəzərən 39 min nəfər azalma ilə 2,47 milyona geriləyib. Proqnozlar isə azalmanın 20 min nəfər olacağını işarə edirdi.
Mövsümi amillərin istisna edildiyi işsizlik nisbəti də oktyabr ayında 5,4%-ə enib. Covid-19 böhranı zamanı məşğulluğu qorumaq məqsədi ilə tətbiq edilən qısamüddətli iş proqramına daxil olan işçilərin sayı da bu ay 760 min hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!