Almaniyada işgüzar inam 5 ayın minimumuna gerilədi | Banco.az

Almaniyada işgüzar inam 5 ayın minimumuna gerilədi

Tamara Mustafayeva, Banco.az

Almaniyada "IFO" indeksi ötən 5 ayın minimumuna geriləyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Almaniyada İşgüzar Mühit İndeksi ("IFO") sentyabr ayında yoluxma sayının artması və təchizat problemləri səbəbindən ötən beş ayın ən aşağı səviyyəsinə qədər geriləyib. Bu vəziyyət ölkə iqtisadiyyatında yavaşlamanın davam etdiyini göstərir.

26 sentyabr tarixində keçiriləcək ümumi seçkilərə hazırlaşan Avropanın ən böyük iqtisadiyyatına sahib ölkəsi Almaniyada "IFO" indeksi 99,6 punktdan 98,8-ə geriləyib. Proqnozlar indeksin 99 punkt olacağını işarə edirdi.

İndeksin geriləməsində xam maddə çatışmazlığı və yoluxma sayının artmasının təchizat problemlərinə gətirib çıxarması əsas rol oynayıb. "IFO" institutunun prezidenti Clemens Fuest xam maddə çatışmazlığının ölkədə iqtisadi artım tempini yavaşlatdığını və istehsal sektorunun çətin günlər yaşadığını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ölkədə növbəti 6 ay üzrə proqnozlar indeksi və cari vəziyyət indeksi də geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et