Almaniyada işgüzar etibarlılıq ABŞ və Çin arasında davam edən ticarət müharibəsi və inkişaf etməkdə olan ölkələrdəki qarışıqlıq ilə əlaqədar olaraq düşüb.
Almaniya İşgüzar Mühit İndeksi (İFO) sentyabr ayında 103.7 səviyyəsinə qədər geriləyib. İqtisadçıların gözləntilərinə görə isə indeksin avqust ayı ərzində 103.9 punkta qalxdıqdan sonra sentyabr ayında 103.2 punkta enməsi proqnozlaşdırılırdı.
Almaniya iqtisadiyyatının ixracata əsaslanması və ticarətin intensivliyi, bu ölkəni qlobal ticarətdəki mənfi tendensiyalara qarşı həssas edir.
Tamara Mustafayeva, Banco.az