Almaniyada işçi çatışmazlığı səbəbindən insanları robotlar əvəz etməyə başlayıb | Banco.az

Almaniyada işçi çatışmazlığı səbəbindən insanları robotlar əvəz etməyə başlayıb

Müəllif:Mehin Qasımova/Banco.az

Almaniyada işçi çatışmazlığı səbəbindən insanları robotlar əvəz etməyə başlayıb.

Banco.az xəbər verir ki, Almaniyada əmək bazarında çatışmazlıq səbəbindən çirkli və təhlükəli əl işləri avtomatlaşdırılır.

Almaniya Ticarət və Sənaye Palatasının məlumatına görə, iyunda ölkədə təxminən 1,7 milyon iş yeri boş qalıb. Şirkətlərin yarıdan çoxu vakansiyaları doldurmaq üçün mübarizə aparır və bu, Avropanın ən böyük iqtisadiyyatının artımına ildə təxminən 100 milyard avroya (109 milyard dollar) başa gəlir.

Lakin qadın işçilərin sayının artması və immiqrasiyanın kəskin artması işçi qüvvəsi çatışmazlığını qismən kompensasiya etməyə kömək edir.

Proqnozlara görə,  işçi qüvvəsi 2035-ci ilə qədər yeddi milyon azala bilər.

Almaniya əhalisinin qocalması səbəbindən şirkətlər robotlardan getdikcə daha çox istifadə edirlər. Robot təchizatçısı FANUC-un idarəedici direktoru Ralf Winkelmann  bildirib ki, robotlar, kadr çatışmazlığı ilə təhdid edən şirkətlərin sağ qalmasını təmin edir. 

Almaniyanın İqtisadiyyat naziri Robert Habek istehsalın azalması və əhalinin qocalması ilə mübarizə aparmaq üçün ölkədə miqrantların sayını artırmağı təklif edib. Onun fikrincə, mühacir axını olmadan Almaniya iqtisadiyyatındakı “ciddi struktur problemlərini” aradan qaldırmaq mümkün deyil.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram