Almaniyada iş dünyası 7 aydan sonra zəifləyib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Almaniyada iş dünyası 7 aydan sonra zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada biznes mühiti 7 aydan sonra zəif nəticələr göstərib.

Banco.az xəbər verir ki, çətin dövrdən keçən istehsal sektorunun Avropanın ən böyük iqtisadiyyatında bərpa prosesini dayandırma ehtimalının olması səbəbindən ölkənin biznes mühiti ötən ilin oktyabrından bəri ilk dəfə geriləyib.

Belə ki, Ifo İnstitutunun proqnoz indeksi aprel ayında qeydə alınan 91,7 punktdan may ayında 88,6 punkta düşüb. Mövcud şəraitə işarə edən göstəricilər də geriləyib.

Ifo prezidenti Klemens Fuestin çərşənbə günü verdiyi açıqlamalara görə ölkə iqtisadiyyatında şübhələrin yarandığı bəlli olur.

“Almaniya iqtisadiyyatında əhval-ruhiyyəyə böyük zərbə vurulub. Ölkə iqtisadiyyatı yaya şübhə ilə yanaşır.” - sitatın sonu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram