Almaniyada iqtisadiyyatın rəqabət qabiliyyəti aşağı düşür | Banco.az

Almaniyada iqtisadiyyatın rəqabət qabiliyyəti aşağı düşür

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Almaniya iqtisadiyyatının rəqabət qabiliyyəti  dövlətin investisiyalarına baxmayaraq 2014-cü ildən bəri rekord səviyyədə aşağı düşüb.

Banco.az xəbər verir ki, bu barədə  Almaniyanın maliyyə naziri Kristian Lindnerin X sosial şəbəkəsində yazıb.

“Biz rekord məbləğdə sərmayə qoysaq da, 2014-cü ildən bəri rəqabət qabiliyyətimiz hər il azalıb”, - deyə Lindner yazıb.

Maliyyə Nazirliyinin rəhbəri dövlət vəsaiti hesabına yüksək rəqabət qabiliyyətinin təmin oluna biləcəyinə şübhə ilə yanaşıb.

Qeyd edək ki, Almaniyada sənaye istehsalı 2022-ci ilin noyabr ayında əvvəlki ayla müqayisədə 0,7% azalıb.

Bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb. Azalma əsas vəsaitlərin, aralıq və istehlak mallarının istehsalına təsir edib. Tikinti həcmi 2,9% azalıb, lakin elektrik enerjisi istehsalı 3,9% artıb.

Ümumilikdə Almaniyada sənaye istehsalı noyabrda 2022-ci ilin eyni ayındakı səviyyədən 4,8% aşağı olub. Ekspertlər qeyd edirlər ki, ölkədə sənaye istehsalının aşağı düşməsi yüksək enerji qiymətləri, inflyasiya və qlobal iqtisadiyyatda tənəzzüllə əlaqələndirilir.