Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada Ifo proqnozlar indeksi dördüncü aydır ki, bərpa olunur.
Banco.az xəbər verir ki, Almaniyanın biznes perspektivləri ilin qalan hissəsində ölkənin iqtisadi bərpasının güclənəcəyinə inamın artması səbəbindən dördüncü aydır ki, yaxşılaşmaqdadır.
Ifo institutunun proqnozlar indeksi may ayında 90,4 punkta yüksəlib. İqtisadçıların proqnozu indeksin 90,8 punkta yüksələcəyi istiqamətində idi.
Mövcud şərtləri ölçən indeksdə isə azalma qeydə alınıb.
Xatırladaq ki, Avropanın ən böyük iqtisadiyyatı ölkənin tikinti sənayesini gücləndirən və birinci rübdə ümumi daxili məhsulun 0,2 faiz artmasına kömək edən xoş atmosferə görə qismən tənəzzüldən xilas olmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!