Almaniyada iqtisadi artım proqnozları üstələdi | Banco.az

Almaniyada iqtisadi artım proqnozları üstələdi

Tamara Mustafayeva, Banco.az

İnflyasiya və müharibənin mənfi təsirlərinə baxmayaraq, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya ilin ikinci rübündə proqnozlardan fərqli artım göstərib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniya Statistika İdarəsinin məlumatına görə, inflyasiya narahatlıqları və Ukraynadakı müharibənin də təsirindən ilin ikinci rübündə ölkə iqtisadiyyatı 0,1 faiz böyüyüb. Proqnozlar artımın olmayacağını göstərirdi.

İqtisadiyyat illik əsasda isə 1,7 faiz artıb ki, ekspertlərin gözləntisi 1,4 faiz idi.

Artıma ən böyük töhfəni ictimai və istehlakçı xərcləri verib. Ev təsərrüfatları xərcləri də enerji böhranına baxmayaraq, birinci rüblə müqayisədə 0,8 faiz artıb.

Qeyd edək ki, Rusiyadan qaz axının kəsilməsi riski və qiymətlərin qalxması kimi amillərin ev təsərrüfatlarına təsir göstərməsi də daxil olmaqla bir sıra müxtəlif faktorların növbəti aylarda iqtisadi artıma mənfi təsirinin olacağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et