Almaniyada investor inamı yaxşılaşmaqda davam edir | Banco.az

Almaniyada investor inamı yaxşılaşmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada investor inamının bərpa tempi dekabr ayı göstəricilərində də əks olunub.

Banco.az xəbər verir ki, Almaniyada ZEW proqnozlar indeksi dekabrda mənfi 23.3 olaraq qeyd edilib. Noyabrda isə indeks mənfi 36,7 olub. 

Bloomberg sorğusunda iştirak edən iqtisadçılar indeksin mənfi 26,4 olacağını gözləyirdilər.

İndeks məlumatları həmçinin cari vəziyyətlə bağlı qiymətləndirmələrin də bərpa olunduğuna işarə edir. Belə ki, ZEW cari şərtlər indeksi dekabr ayında mənfi 61,4 olaraq qeyd edilib ki, ötən ay bu göstərici mənfi 64,5 idi.

Qeyd edək ki, Almaniyada iş dünyası son dövrlərdə enerji təchizatı ilə bağlı baş verənləri yaxından izləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et