Almaniyada investor inamı təəccüblü şəkildə geriləyib | Banco.az

Almaniyada investor inamı təəccüblü şəkildə geriləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada investor inamına “bankçılıq böhranı” zərbə vurub.

Banco.az xəbər verir ki, Almaniyada iqtisadi araşdırma mərkəzi ZEW tərəfindən hazırlanan biznes inamı aprel ayında təəccüblü şəkildə azalıb.

ZEW investor proqnozları indeksi aprel ayında 4.1-ə düşüb. İqtisadçıların gözləntisi 15,6 olub. İndeks mart ayında 13 dəyərini almışdı. 

Cari şərtlər indeksi isə mənfi 46,5-dən mənfi 32,5-ə yüksəlib. Bank sektorundakı qarışıqlıq inamın azalmasında əsas rol oynayıb.

Xatırladaq ki, 2022-ci ilin son rübündə yüksək inflyasiya istehlakı vurduğundan Almaniya iqtisadiyyatı 0,4 faiz daralmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et