Almaniyada investor inamı rekord aşağı səviyyədədir | Banco.az

Almaniyada investor inamı rekord aşağı səviyyədədir

Tamara Mustafayeva, Banco.az

Almaniyada tənəzzül gözləntilərinin artması fonunda bu ay investor inamı 2008-ci ildən bəri qeydə alınan ən aşağı səviyyəyə yaxın olaraq qalıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, oktyabr ayında Almaniyada investor inamı orta dərəcədə artsa da, yenə də rekord minimuma yaxın qalmaqdadır.

Oktyabr ayında ZEW (Leibniz Avropa İqtisadi Araşdırmalar Mərkəzi) iqtisadi perspektivlər indeksi mənfi 61,9-dan mənfi 59,2-yə yüksəlib ki, bu da iqtisadçıların proqnozlarından daha yaxşı göstəricidir.

Mövcud şərtlər indeksi isə mənfi 60,5-dən mənfi 72,2-yə düşüb ki, bu da pandemiyadan bəri ən aşağı səviyyədir.

İkirəqəmli inflyasiya və qışda enerji çatışmazlığının gözlənilməsi Avropanın ən böyük iqtisadiyyatı üçün təhlükə yaradır. Rusiyanın təbii qaz nəqlini dayandırması ilə bəzi istehsalçılar fabriklərini bağlayıb, bəziləri isə hasilatı azaldıb. Ev təsərrüfatları da yüksək qaz pulu ilə qarşı-qarşıyadırlar.

Xatırladaq ki, Almaniya İqtisadiyyat Nazirliyi ölkə iqtisadiyyatının 2023-cü ildə 0,4 faiz kiçiləcəyini gözləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram