Almaniyada investor inamı kəskin azalıb | Banco.az

Almaniyada investor inamı kəskin azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Trampın tariflərinin təsiri ilə Almaniyada investor inamı aşağı düşüb.

Banco.az xəbər verir ki, Avropa İqtisadi Araşdırmalar Mərkəzi (ZEW) investor və analitiklərin qarşıdakı 6 ayla bağlı gözləntilərini ölçən ZEW İqtisadi Etimad İndeksinin aprel ayı nəticələrini açıqlayıb.

Almaniyada investorların inamı ABŞ Prezidenti Donald Trampın elan etdiyi gömrük rüsumu tariflərindən sonra azalıb. Mart ayında 51,6 səviyyəsində olan iqtisadi etimad indeksi, aprel ayında əvvəlki ayla müqayisədə 65,6 bənd azalaraq mənfi 14 səviyyəsinə düşüb. Bazar gözləntiləri indeksin 10 bənd olacağı istiqamətində idi.

Cari Vəziyyət İndeksi isə aprel ayında ötən aya nisbətən 6,4 bənd artaraq mənfi 81,6 səviyyəsinə yüksəlib. Mart ayında bu indeks mənfi 87,6 olaraq açıqlanmışdı.

ZEW prezidenti Axim Vambax (Achim Wambach) verdiyi açıqlamada ABŞ-ın tarif siyasətinin Almaniyadakı gözləntilərə ciddi mənfi təsir göstərdiyini, tariflərdən əlavə qlobal iqtisadi qeyri-müəyyənliyin də etimad səviyyəsinə mənfi təsir etdiyini bildirib.

ZEW-in Avrozonaya dair iqtisadi etimadı göstərən indeksi isə aprel ayında əvvəlki ayla müqayisədə 58,3 bənd azalaraq mənfi 18,5 səviyyəsinə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram