Almaniyada investor inamı bir ilin maksimumuna çatıb | Banco.az

Almaniyada investor inamı bir ilin maksimumuna çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada investor inamı bərpa olunaraq bir ilin pik həddinə çatıb.

Banco.az xəbər verir ki, Almaniyada ZEW iqtisadi proqnozlar indeksi yanvarda mənfi 23.3-dən müsbət 16.9-a yüksələrək ekspertlərin mənfi 15-lik gözləntilərini üstələyib. 

Beləliklə, indeks 2022-ci ilin fevralından bəri ilk dəfə müsbətə çevrilib.

Almaniya Statistika İdarəsi isə Avropanın ən böyük iqtisadiyyatının keçən ilin son rübündə artım tempində ləngimə ehtimalı ilə bağlı proqnozunu bölüşüb.

Xatırladaq ki, dekabr ayında ölkədə inflyasiya 10 faizdən 8,6 faizə düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram