Almaniyada investor inamı 2 ilin ən yüksək həddinə çatıb | Banco.az

Almaniyada investor inamı 2 ilin ən yüksək həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada investor inamı ardıcıl 10-cu ayda da artmaqla demək olar ki, bir ildən uzun müddətdir ki, durğunluq yaşayan iqtisadiyyatın böyüməyə başladığına dair nikbinliyə səbəb olub.

Banco.az xəbər verir ki, ZEW proqnozlar indeksi may ayında 42,9 punktdan 47,1 punkta yüksəlib.

Cari şərtlər indeksi isə mənfi 79,2 punktdan mənfi 72,3 punkta çatıb.

Almaniyada aparılan anket sorğuları xüsusilə xidmət sektorunda yaxşılaşma olduğunu göstərir. İnflyasiyanın zəifləməsi və gəlirlərin artmasının bu ilki canlanmanın təkanverici qüvvəsi olacağı gözlənilir.

Bununla belə, ölkədə sənaye istehsalı hələ də kövrək olaraq qalır. Mart ayında sənaye istehsalı bir il ərzində ilk dəfə azalma göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin Avropa Mərkəzi Bankının (ECB) gözlənilən faiz endiriminin də iqtisadiyyatda müəyyən rahatlamaya səbəb olacağı proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram