Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən ay Almaniyada inflyasiyanın artım sürətində azalma müşahidə edilib.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) sentyabr ayı üzrə qiymət artımları ilə bağlı məlumatları dərc edib.
Məlumata görə, ötən ay Almaniyada illik inflyasiya avqustda qeydə alınan 6,1%-dən 4,5%-ə qədər azalıb.
Ərzaq qiymətləri illik müqayisədə 7,5% artaraq inflyasiyanın əsas drayveri olub. Xidmətlər üzrə inflyasiya 4%, malların qiymətləri üzrə isə 5% artıb.
Destaisin rəhbəri Rut Brand bildirib ki, inflyasiya səviyyəsi Ukraynada müharibə başlayandan bəri ən aşağı səviyyəyə enib: "Bununla belə, istehlakçılar hələ də ərzaq qiymətlərinin baha olduğunu açıq şəkildə hiss edirlər".
Bizi sosial şəbəkələrdən izləyin!!