Almaniyada inflyasiyanın artım sürəti zəifləyib | Banco.az

Almaniyada inflyasiyanın artım sürəti zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu ay Almaniyada inflyasiyanın artım sürətində azalma müşahidə olunub.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) iyul ayı üzrə qiymət artımları ilə bağlı aparıcı məlumatları dərc edib. 

Məlumatlar göstərir ki, ölkədə İstehlak Qiymətləri İndeksi (CPI) iyul ayında proqnozlara uyğun olaraq illik 6,2 faiz artıb.

Ötən ay Almaniyada inflyasiya illik 6,4 faiz təşkil edirdi.

İyulda inflyasiya aylıq isə 0,3 faiz qeydə alınıb.

Statistika İdarəsinin açıqlamasında bildirilir ki, bu ay ölkədə ərzaq məhsullarının qiymətləri illik 11 faiz faiz artım göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et