Almaniyada inflyasiya ötən ay zəifləyib | Banco.az

Almaniyada inflyasiya ötən ay zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın ən böyük iqtisadiyyatında inflyasiya 2 aylıq sürətlənmədən sonra iyun ayında yavaşlayıb.

Banco.az xəbər verir ki, Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına görə, ölkədə Aİ-yə uyğun illik inflyasiya ötən ay 2,8 faizdən 2,5 faizə enib.

İqtisadçıların da proqnozu məhz bu istiqamətdə idi. Aylıq inflyasiya isə gözlənilən kimi 0,2 faiz təşkil edib.

Enerji qiymətlərindəki azalma iyun ayında da davam edib.

Cümə günü açıqlanan məlumatlar Fransa və İspaniyada da inflyasiyanın zəiflədiyini göstərmişdi. 20 üzvlü Avrozona üçün inflyasiya məlumatları isə çərşənbə axşamı açıqlanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et