Almaniyada inflyasiya ötən 50 ilin maksimumuna çatdı | Banco.az

Almaniyada inflyasiya ötən 50 ilin maksimumuna çatdı

Tamara Mustafayeva, Banco.az

Almaniyada inflyasiya göstəricisi ötən 50 ilin pik həddinə qayıdıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) avqust ayı üzrə qiymət artımları ilə bağlı yekun məlumatı açıqlayıb.

Buna görə, iyulda 7,5 faiz olan illik inflyasiya iki ay sonra avqustda yenidən 7,9 faizə yüksələrək ilk neft böhranının baş verdiyi 1973-1974-cü illərin qışından bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb. Bu ilin may ayında da Almaniyada inflyasiya 7,9 faiz olaraq qeydə alınmışdı.

Avqustda enerji qiymətləri illik əsasda 35,6 faiz artarkən, ərzaq məhsullarının qiymətlərində illik artım 16,6 faiz olmaqla orta göstəricidən xeyli yüksək olub. Avqust ayında əvvəlki ilin eyni ayına nəzərən təbii qazın qiyməti 83,8 faiz, yanacağın qiyməti 16,5 faiz, elektrik enerjisinin qiyməti isə 16,6 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Almaniyanın aparıcı iqtisadi araşdırma mərkəzlərindən biri olan İqtisadi Araşdırmalar İnstitutu (İfo) bu il inflyasiyanın orta hesabla 8,1 faiz olacağını gözləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et