Tamara Mustafayeva, Banco.az
Almaniyada inflyasiya göstəricisi 6%-ə yüksəlib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniyada noyabr ayı üzrə inflyasiya göstəricisi proqnozları üstələyərək 6%-ə yüksəlib.
Ölkədə istehlakçı qiymət indeksi də ötən ay 5,2%-lə 1992-ci ildən bəri müşahidə edilən ən yüksək səviyyəyə çatıb.
Xatırladaq ki, dünən İspaniyada açıqlanan inflyasiya göstəricisi də ölkədə ərzaq və yanacaq qiymətlərinin bahalaşması səbəbindən 5,6%-ə yüksələrək ötən 30 ilin maksimumuna çatmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!