Almaniyada inflyasiya 71 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Almaniyada inflyasiya 71 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il Almaniyada orta inflyasiya 7,9 faizlə 1951-ci ildən bəri ən yüksək həddə çatıb.

Banco.az xəbər verir ki, Almaniyanın Federal Statistika İdarəsi (Destatis) qiymət artımları ilə bağlı 2022-ci ilin dekabr ayının əsas göstəricilərini açıqlayıb.

Buna görə, 2022-ci ilin noyabr ayında 10 faiz olan illik inflyasiya dekabr ayında 8,6 faizə düşüb ki, ekspertlər bu göstəricinin 9,1 faiz olacağını gözləyirdilər.

İstehlak Qiymətləri İndeksi (İQİ) isə dekabr ayında aylıq 0,8 faiz azalıb.

Qeyd edək ki, Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniyada sözügedən dövrdə enerji qiymətləri illik 24,4 faiz, ərzaq qiymətləri 20,7 faiz, xidmətlər isə 3,9 faiz artım göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et