Almaniyada inflyasiya 3 ilin ən aşağı səviyyəsinə düşüb | Banco.az

Almaniyada inflyasiya 3 ilin ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada illik inflyasiya sentyabrda 1,6 faiz təşkil edib.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı qiymət artımları ilə bağlı yekun sentyabr məlumatlarına görə, ölkədə avqust ayında 1,9 faiz olan illik inflyasiya sentyabrda 1,6 faizə düşüb.

Beləliklə, Almaniyada illik inflyasiya 2021-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə düşüb.

Aİ-yə uyğun İstehlak Qiymətləri İndeksi (CPI) də sentyabr ayında əvvəlki ayla müqayisədə 0,1 faiz, illik müqayisədə isə 1,8 faiz artıb.

Enerji və qida məhsullarının aylardır ən mühüm “qiymət təyinediciləri” olduğu Almaniyada sentyabr ayında ərzaq qiymətləri illik 1,6 faiz artarkən, enerji qiymətləri isə 7,6 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, enerji qiymətləri nəzərə alınmadan illik inflyasiya sentyabr ayında 2,5 faiz olaraq hesablanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et