Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada inflyasiya 2 faizlik hədəfdən aşağı düşüb.
Banco.az xəbər verir ki, Almaniyada istehlak qiymətləri indeksi ərzaq qiymətlərində artım tempinin zəifləməsi və enerjinin ucuzlaşması nəticəsində fevral ayında illik ifadədə 1,9 faizə enib.
Almaniyanın Federal Statistika İdarəsi “Destatis” fevral ayına dair yekun inflyasiya göstəricilərini açıqlayıb.
Məlumata görə, enerji qiymətlərinin azalmasının təsiri ilə inflyasiya fevral ayında Avropa Mərkəzi Bankının (ECB) hədəf səviyyəsi olan 2 faizdən aşağı düşüb. Yanvar ayında 2,1 faiz təşkil edən illik inflyasiya fevralda 1,9 faiz səviyyəsində qeydə alınıb.
Avropa İttifaqı (Aİ) ilə uyğunlaşdırılmış istehlak qiymətləri indeksi isə fevral ayında əvvəlki ayla müqayisədə 0,4 faiz artıb, illik əsasda isə 2 faiz yüksəlib. Açıqlanan rəqəmlər daha əvvəl paylaşılmış ilkin göstəriciləri təsdiqləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
