Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada İstehlak Qiymətləri İndeksi (CPI) gözləntilərə uyğun olaraq ötən ay 10 faizə geriləyib.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) noyabr ayı üzrə CPI məlumatlarını dərc edib.
Buna görə, ölkədə cari ilin oktyabr ayında 10,4 faiz olan illik inflyasiya noyabrda 10 faizə düşüb.
Oktyabrda 0,9 faiz olan aylıq inflyasiya isə noyabrda 0,5 faiz olub.
Qeyd edək ki, sözügedən dövrdə Almaniyada enerji məhsulları 38,7 faiz bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!