Müəllif:Ayşən İmanova/Banco.az
Almaniyada illik inflyasiya səviyyəsi 2024-cü ilin dekabrında, ilkin hesablamalara görə, 2,6% təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Federal Statistika İdarəsinin (Destatis) məlumatında deyilir.
Məlumata görə, göstərici analitiklərin 2,4%-lik proqnozunu üstələyərək ardıcıl üçüncü aydır ki, artıb.
Müqayisə üçün qeyd edək ki, noyabrda bu göstərici illik ifadədə 2,2% təşkil edib. Aylıq əsasda isə dekabrda qiymətlər 0,4% artıb.
“Destatis” bildirib ki, dekabrda inflyasiyanın sürətlənməsi enerji və ərzaq xərcləri ilə bağlı olub.