Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada illik inflyasiya ötən ay 2,3 faiz təşkil edib.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı iyul ayı inflyasiya məlumatlarına görə, ölkədə iyun ayında 2,2 faiz olan illik inflyasiya iyul ayında 2,3 faizə yüksəlib.
İstehlak qiymətləri indeksi (CPI) aylıq müqayisədə 0,3 faiz artıb.
Bazar proqnozları iyul ayında illik inflyasiyanın 2,3 faiz, aylıq inflyasiyanın isə 0,3 faiz olacağı istiqamətində idi. Açıqlanan məlumatların bazar proqnozları ilə eyni səviyyədə olması diqqət çəkib.
Almaniyada Aİ-yə uyğun CPI isə iyul ayında aylıq 0,5 faiz, illik 2,6 faiz təşkil edib. Sözügedən dövrdə enerji məhsullarının qiymətləri illik 1,7 faiz azalarkən, ərzaq məhsullarının qiymətləri 1,3 faiz artıb. Xidmət qiymətlərində isə illik 3,9 faiz artım olub.
Bizi sosial şəbəkələrdən izləyin!!