Almaniyada “Ford” işçiləri tətil edirlər | Banco.az

Almaniyada “Ford” işçiləri tətil edirlər

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniyanın Köln şəhərində 1930-cu ildən istehsala başlayan və 11500 nəfərin çalışdığı “Ford” zavodunun işçiləri tətilə başlayıblar. 

Banco.az xəbər verir ki, ABŞ-ın avtomobil istehsalçısı Ford-un Avropadakı baş ofisi olan Köln fabrikinin işçiləri 2027-ci ilə qədər iş yerini 2900 nəfər azaltmağı planlaşdıran zavod rəhbərliyinə qarşı tətilə çıxıblar.

IG Metall həmkarlar ittifaqının çağırışı ilə işçilərin erkən növbə ilə başladıqları tətilin bir gün davam edəcəyi bildirilib.

Bildirilib ki, həmkarlar ittifaqının çağırışı ilə işçilərin əksəriyyətinin tətilə qoşulmasından sonra Ford-un Köln fabrikində istehsal xətləri dayanıb.