Almaniyada fabrik-zavod sifarişləri proqnozları üstələyib | Banco.az

Almaniyada fabrik-zavod sifarişləri proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada fabrik və zavod sifarişləri dekabr ayında gözləniləndən daha çox artıb.

Banco.az xəbər verir ki, Almaniyada zavod və fabrik sifarişləri dekabr ayında əvvəlki ayla müqayisədə proqnozlardan daha çox artım göstərsə də, illik əsasda gözləniləndən geri qalan azalma qeydə alınıb.

Almaniya Federal Statistika İdarəsi “Destatis”in açıqlamasına görə, fabrik-zavod sifarişləri dekabr ayında əvvəlki aya nisbətən 6,9% artıb. Proqnozlar artımın 2% səviyyəsində olması istiqamətində idi. Noyabr ayında isə sifarişlər aylıq əsasda 5,2% azalmışdı.

Sifarişlər illik əsasda 6,3% geriləyib. Noyabr ayında illik 1,4% azalma qeydə alınan sifarişlərin dekabr ayında illik 10,5% azalacağı proqnozlaşdırılırdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram