Almaniyada fabrik-zavod sifarişləri 3 ilin maksimum sürətinə çatıb | Banco.az

Almaniyada fabrik-zavod sifarişləri 3 ilin maksimum sürətinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada fabrik-zavod sifarişləri gözlənilmədən üç ilin ən böyük artımını qeyd edib.

Banco.az xəbər verir ki, bu artım Avropanın ən böyük iqtisadiyyatında stabilləşməyə işarə edir.

Belə ki, azalma olacağına dair irəli sürülən proqnozlara baxmayaraq, sifarişlər may ayı ilə müqayisədə iyun ayı ərzində 7 faiz artım göstərib.

Qeyd edilib ki, sözügedən artımda iri həcmli sifarişlərin böyük rolu var, əks halda ümumi göstərici 2,6 faiz azalma ilə nəticələnərdi.

Digər tərəfdən, rüblük sifarişlər isə cəmi 0,2 faiz artıb.

Göstəricilər yaxşılaşmaya işarə etsə də, mart ayında qeydə alınan 10,9 faizlik azalmadan sonra sadəcə "kompensasiya edilmiş" bərpanı əks etdirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram