Almaniyada fabrik sifarişləri proqnozlardan çox artıb | Banco.az

Almaniyada fabrik sifarişləri proqnozlardan çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada fabrik sifarişləri ardıcıl iki ay azaldıqdan sonra oktyabr ayında gözləniləndən çox artıb.

Banco.az xəbər verir ki, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada oktyabr ayında fabrik sifarişləri artım göstərib ki, bu da istehsal sektorunda dirçəlməyə işarə edir.

Almaniya Statistika İdarəsinin (Destatis) məlumatlarına görə, ölkədə fabrik sifarişləri oktyabr ayında əvvəlki ayla müqayisədə 0,8 faiz artaraqekspertlərin 0,1-lik proqnozlarını üstələyib.

Qeyd edək ki, ötən ay Almaniyada inflyasiya 11,3 faizə düşsə də, nüvə inflyasiyası hələ də yüksəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et