Almaniyada enerji böhranı davam edir | Banco.az

Almaniyada enerji böhranı davam edir

Müəllif - Aida İsaq, Banco.az

Almaniyada enerji böhran aktual olaraq qalır.

Banco.az xəbər verir ki, bu barədə ölkənin “E.ON” enerji konserninin rəhbəri Leonard Birnbaum bildirib. O, Almaniyada enerji böhranının aradan qaldırılması ilə bağlı sualı cavablandırarkən böhranın davam edəcəyini açıqlayıb. İş adamı qışın həddindən artıq isti keçdiyini xatırladaraq, vəziyyətin gözləntilərdən daha yaxşı sonlandığını bildirib. Lakin gələcək üçün eyni senarinin təkrarlanacağını söyləmək çətindir.

Böhrandan yan keçmək üçün L. Birnbaum vətəndaşları enerjiyə qənaət etməyə çağırıb.

Qeyd edək ki, daha öncə bu istiqamətdə aparılan müzakirələr fonunda Norveçin neft-qaz şirkətinin rəhbəri Equinor Anders Opedal göstəricilərin pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacağını açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram