Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada əhali sayında ötən 32 ilin ən yüksək artımını müşahidə edilib.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika Təşkilatı (Destatis) əhalinin artımı ilə bağlı 2022-ci ilin yekun məlumatlarını açıqlayıb.
Bəlli olub ki, xarici ölkələrdən, xüsusən də Ukraynadan gələn immiqrasiyanın təsiri ilə ölkə ölkə əhalisi 2022-ci ildə 1 milyon 122 min nəfər artaraq rekord səviyyəyə - 84,4 milyon nəfərə çatıb.
Bununla da, ölkə əhalisi Şərqi və Qərbi Almaniyanın yenidən birləşməsindən sonrakı ən yüksək illik artımı göstərib.
Qeyd edək ki, ötən il Almaniyaya xalis miqrasiya 2021-ci ildəki 329 mindən 1,46 milyona yüksəlib. 2022-ci ildə Almaniyaya gələn ukraynalıların sayı isə 915 min olub.
Bizi sosial şəbəkələrdən izləyin!!