Almaniyada da iPhone modellərinin satışına qadağa qoyuldu | Banco.az

Almaniyada da iPhone modellərinin satışına qadağa qoyuldu

Apple şirkəti Çindən sonra Almaniyada da patent hüququnun pozuntusu iddiası ilə üzləşib.

Həmçinin oxu: Apple və Samsung – a nə üçün PUL CƏZASI kəsilib?

Banco.az xarici mətbuata istinadla bildirir ki, Çində bəzi iPhone modellərinin satışı qadağan edilən Apple şirkətinə bu dəfə də pis xəbər Avropadan gəlib. Belə ki, şirkə, prosessorların istehsalı ilə məşğul olan “Qualcomm” şirkətinin Almaniyanın Münhen Rayon Məhkəməsində açdığı patent hüququnun pozulması ilə bağlı məhkəmə işini işini uduzub.

Məhkəmənin qərarına görə, Apple cihazlarının Qualcomm – un ağıllı telefonlardakı enerjiyə qənaət ilə bağlı müəllif hüququnu pozduğu bildirilib. Bu qərardan sonra Apple şirkəti iPhone 7 və iPhone 8 modellərini Almaniyadakı mağazalarından yığışdıracaq.

Ən sərfəli kredit üçün müraciət et

Məhkəmənin qərarı üçün apelyasiyaya müraciət edən şirkət bu müddət başa çatana qədər Almaniyada yerləşən 15 Apple mağazasında iPhone 7 və iPhone 8 modellərinin satışını təxirə salacaq. Ancaq sözügedən modellərin Apple mağazalarında deyil, üçüncü tərəf satıcılar tərəfindən hələ ki satışına davam ediləcək.

Apple şirkətinin iPhone XS, Iphone XS Max və iPhone XR modellərinə isə məhkəmənin bu qərarı tətbiq edilməyək.

Həmçinin oxu: Apple iPhone X, XS və Max haqqında səhv məlumat yayıb

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et