Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada hökumətin gələn il üçün borclanma həddini dayandırmayacağı bildirilib.
Banco.az xəbər verir ki, Almaniyada koalisiya hökuməti həftələrlə davam edən danışıqlardan sonra 2024-cü ilin büdcəsi ilə bağlı razılığa gəlib.
Paytaxt Berlində Baş nazir Olaf Şolz Yaşıllar Partiyasından iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek və Azad Demokratlar Partiyasından maliyyə naziri Kristian Lindnerlə birlikdə mətbuat konfransı keçirib.
Konfransda Baş nazir hökumətin 2024-cü ilin büdcəsi ilə bağlı razılığa gəldiyini və cari borc məhdudiyyətlərini gələn il də davam etdirəcəyini açıqlayıb.
Şolz hökumətin iqlimə uyğun olmayan təşviqlərə son qoymaqla xərcləri azaldacağını və 2024-cü il federal büdcəsində 17 milyard avro qənaət etməyi planlaşdırdığını dilə gətirib. O həmçinin hökumətin Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya dəstəyini davam etdirəcəyini və Almaniyanın yaşıl transformasiyasını təmin etmək və sosial birliyi gücləndirmək kimi digər məqsədlərinə sadiq qaldığını vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!