Almaniyada bu markaların satışı qadağan edilib | Banco.az

Almaniyada bu markaların satışı qadağan edilib

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniyada məhkəmə “Lenovo” və “Motorola” smartfon, planşet və noutbukların satışını qadağan edib.

Banco.az xəbər verir ki, şirkətlər arasında fikir ayrılığı Edge 50 Ultra kimi yeni “Lenovo” smartfon modellərində istifadə edilən WWAN texnologiyasının lisenziya şərtləri ilə bağlı yaranıb. “InterDigital” iddia edir ki, “Lenovo” ədalətli və ağlabatan qonorar tələblərinə cavab verməyib, “Lenovo” isə “InterDigital”ın şərtlərinin ədalətsiz olduğunu iddia edib. WWAN modulları ilə təchiz edilmiş bütün qurğular ölkədə qadağan edilib.

Məlumata görə, yerli satıcılar hər iki brendin smartfon, planşet və noutbuklarının qalıqlarını satmaqda davam edirlər. Təchizat qurtardıqda ölkədə çatdırılma problemi və nəticədə məhsul qıtlığı yarana bilər.

Qeyd edək ki, bu, “Lenovo” və “InterDigital” arasında ilk mübahisə deyil. 2023-cü ilin iyun ayında ABŞ şirkəti Böyük Britaniyada simsiz rabitə patentləri ilə bağlı “Lenovo” ilə hüquqi mübahisədə məğlub olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram