Almaniyada biznes mühiti yaxşılaşmağa davam edir | Banco.az

Almaniyada biznes mühiti yaxşılaşmağa davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada biznes mühiti tənəzzüllə bağlı narahatlıqlar azaldıqca yaxşılaşıb.

Banco.az xəbər verir ki, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada IFO proqnozlar indeksi yanvarda 83,2-dən 86,4-ə yüksəlib. İqtisadçılar bu göstəricinin 85.3 punkt olacağını gözləyirdilər. 

IFO biznes indeksi isə sözügedən dövrdə 90,2-yə yüksəlib. Dekabr ayında bu indeks 88,6 dəyərini almışdı. Beləliklə, ölkənin biznes mühitinin yaxşılaşması 4-cü ayda da davam edib.

Qeyd edək ki, Berlin hökumətinin Almaniyanın bu il 0,2 faiz böyüməsi ilə bağlı proqnozunu bölüşəcəyi gözlənilir. Oktyabr ayında isə 0,4 faiz daralma proqnozlaşdırılmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram