Almaniyada biznes inamı proqnozları üstələyib | Banco.az

Almaniyada biznes inamı proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada Ifo biznes mühiti indeksi aprel ayında 89,4 punkt hesablanıb.

Banco.az xəbər verir ki, baş ofisi Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (Ifo) təxminən 9 min şirkətin iştirakı ilə keçirilən Almaniya Biznes Sorğusunun aprel ayı üzrə nəticələrini açıqlayıb.

Nəticələr göstərir ki, Almaniyada işgüzar aktivlik ilin ən yüksək səviyyəsinə çatıb. Bu, Avropanın ən böyük iqtisadiyyatının iki ildir davam edən problemlərdən çıxdığına dair son əlamətləri gücləndirib.

Ifo institutunun hazırladığı proqnoz göstəricisi apreldə əvvəlki ayla müqayisədə 87,7 punktdan 89,9 punkta yüksəlib. İqtisadçılar isə bu göstəricinin 88,9 punkt olacağını düşünürdülər.

“Almaniyadakı şirkətlərdə həssaslıq inkişaf edib. Şirkətlər hazırki işlərindən daha çox razıdırlar. Onların perspektivləri də yaxşılaşıb. İqtisadiyyat xüsusilə xidmət təminatçıları sayəsində sabitləşir”, deyə Ifo-nun prezidenti Klemens Fuest şərh verib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et