Almaniyada biznes inamı fevral ayından bəri ən aşağı səviyyəyə düşüb | Banco.az

Almaniyada biznes inamı fevral ayından bəri ən aşağı səviyyəyə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada biznes inamı fevral ayından bəri ən aşağı səviyyədədir.

Banco.az xəbər verir ki, baş ofisi Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu ((IFO) avqust ayı üzrə Almaniya Biznes Sorğusunun nəticələrini açıqlayıb.

Nəticələr göstərir ki, Almaniyada iş mühiti indeksi avqust ayında 87 punktdan 86,6 punkta geriləyib. Cari şərtlər indeksi isə 87,1 punktdan 86,5 punkta qədər azalıb.

IFO prezidenti Klemens Fuest Almaniya iqtisadiyyatının getdikcə daha çox böhrana girdiyini bildirib. O, istehsal və xidmət sektorlarında perspektivlərin pisləşdiyini qeyd edib.

İstehsal sektorunda problemlərin davam etdiyi və istehlak xərclərinin zəif olduğu ölkədə 2024-cü ildə bərpa ümidləri də demək olar ki, tükənib.

Xatırladaq ki, alman iqtisadiyyatı ilin ikinci rübündə 0,1 faiz daralmış və ZEW investor inam indeksi bu ayın yanvar ayından bəri ən aşağı səviyyəyə düşmüşdü.

Ən sərfəli kredit üçün müraciət et

Avropa Mərkəzi Bankının (ECB) iyun ayında faiz dərəcələrini endirməyə başlaması və sentyabrda da davam edəcəyinə işarə etməsinin ölkə iqtisadiyyatına dəstək olacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram