Almaniyada biznes inamı "çətin qış"dan əvvəl yaxşılaşıb | Banco.az

Almaniyada biznes inamı "çətin qış"dan əvvəl yaxşılaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Oktyabr ayında Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada biznes inamı yaxşılaşıb. Lakin bu yaxşılaşmaya baxmayaraq, şirkətlərin gələcək aylarla bağlı narahatlıqlarının davam etdiyi müşahidə edilir.

Banco.az xəbər verir ki, IFO İnstitutunun açıqladığı proqnozlar indeksi oktyabrda 75,6-ya yüksəlib ki, iqtisadçılar indeksin 75-ə enəcəyini gözləyirdilər.

IFO biznes mühiti indeksi 84,4-dən 84,3-ə düşüb. Proqnozlar 83,5 idi.

Mövcud şərtlər indeksi də geriləyib.

IFO İnstitutunun prezidenti Klemens Fuest, “Şirkətlər mövcud biznes şəraitindən razı deyil. Gözləntilər yaxşılaşsa da, qarşıdakı aylarla bağlı narahatlıqlar davam edir. İqtisadiyyat üçün çətin qış olacaq", deyə açıqlama verib.

Xatırladaq ki, ölkədə dünən açıqlanan məlumatlar xidmət və istehsal sektorlarında daralmanın davam etdiyini göstərirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram