Almaniyada biznes inamı bu ay da zəifləyib | Banco.az

Almaniyada biznes inamı bu ay da zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada biznes inamının zəifləməsi üçüncü aydır ki, davam edir.

Banco.az xəbər verir ki, Münhendə yerləşən IFO İnstitutunun inam indeksi iyulda 88,5 punktdan 87,3 punkta düşüb. İqtisadçılar göstəricinin 88 punkt olacağını düşünürdülər.

Sözügedən dövrdə ölkədə cari şərtlər indeksi də 93,7 punktdan 91,3 punkta düşüb.

IFO İnstitutunun prezidenti Klemens Fuest Almaniya iqtisadiyyatı ilə bağlı proqnozların ürəkaçan olmadığını bildirərək, “Şirkətlər hazırkı fəaliyyətlərindən razı deyil”, qiymətləndirməsini edib.

Pandemiyadan sonra Rusiya-Ukrayna müharibəsinin təsiri ilə iqtisadi çətinliklərlə mübarizə aparan Almaniyada xüsusilə istehsal sektoru zəiflik göstərir.

Xatırladaq ki, Almaniyada inflyasiyanın sürəti üç ay ardıcıl olaraq zəiflədikdən sonra iyun ayında illik 6,8 faizə yüksəlmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram