Müəllif - Aida İsaq, Banco.az
Alman biznesinin iqtisadiyyata inamı mart ayında gözlənilmədən artıb.
Banco.az xəbər verir ki, iqtisadi araşdırma mərkəzi Ifo tərəfindən hazırlanan biznesin inam indeksi fevralda 91,1 səviyyəsindən martda 93,3 həddinə yüksəlib. Halbuki, ekspertlər indeksin mart ayında 91,0 bəndədək enəcəyini gözləyirdi. Mərkəzin iqtisadçısı Klaus Vohlrabe qış aylarında Almaniyada tənəzzülün olmayacağını bildirib. Ifo-nun araşdırmasına görə, mart ayında qiymətləri artırmaq istəyən müəssisələrin nisbətində də azalma qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!