Tamara Mustafayeva, Banco.az
Almaniya Covid-19 pandemiyası səbəbilə "riskli" elan etdiyi əksər ölkələrə 1 iyul tarixindən etibarən səyahətə icazə verəcək.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Almaniyanın Xarici İşlər Naziri Heiko Maas cümə günü etdiyi açıqlamada yeni səyahət qaydalarından bəhs edib. ABŞ, Kanada, İsveçrə, Avstriya və Yunanistanın bəzi bölgələri də daxil olmaqla bir çox ölkə və bölgəni "risk siyahısı"ndan çıxaran Almaniya 1 iyul tarixindən etibarən yeni qaydalar tətbiq edəcək.
Sözügedən yeni qaydalara görə, həftə ərzində hər 100 min nəfərə 50-200 aralığında yoluxma sayı qeydə alınan ölkələr "risk bölgəsi"ndən çıxarılacaq.
Avropada peyvənd olunanlara, yoluxub sağalanlara və Covid-19 testi edilənlərə müştərək qaydalar tətbiq ediləcəyi üçün bu addımı atdıqlarını qeyd edən Maas bununla belə, səyahət zamanı qabaqlayıcı tədbirlərə riayət etməyin də əhəmiyyətini vurğulayıb.
O, həmçinin koronavirusun mutasiyaya məruz qaldığını bildirirərək bu səbəbdən "yüksək risk bölgələri" və "virus mutasiya bölgələri" üçün mövcud səyahət qadağalarının davam edəcəyini açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!