Almaniya və İspaniya arasında enerji əməkdaşlığı | Banco.az

Almaniya və İspaniya arasında enerji əməkdaşlığı

Tamara Mustafayeva, Banco.az

İspaniyanın baş naziri Pedro Sançes və Almaniya kansleri Olaf Şolz Rusiya-Ukrayna müharibəsinin Avropada yaratdığı enerji böhranı və təhlükəsizlik problemlərini müzakirə ediblər.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, iki ölkə arasında 9 ildən sonra keçirilən 25-ci hökumətlərarası sammitdən sonra İspaniyanın baş naziri Pedro Sançez və Almaniya kansleri Olaf Şolz birgə mətbuat konfransı keçirib.

“Biz enerji məsələsi haqqında danışdıq və bu, bizi çox narahat edir”, deyə bildirən Sançes Aİ ölkələri arasında enerji əlaqələrinin inkişaf etdirilməsini və bütün Aİ üzvlərinin həmrəylik içində olmasını istədiyini söyləyib.

Almaniya və İspaniyanın enerji vəziyyəti fərqli olsa da, müştərək və cəld qərar qəbul etdiklərini bildirən Şolz isə hazırda ölkələrində təbii qazın doluluq nisbətinin 90 faiz olduğunu, kömür və atom elektrik stansiyalarından istifadəni də davam etdirdiklərini bildirib.

Digər tərəfdən, 9 ildən sonra ilk dəfə keçirilən sammitlə bağlı dərc edilən ortaq bəyanatda Aİ və NATO-ya sədaqətlərini vurğulayan iki ölkə enerji, müdafiə, təhsil və davamlılıq kimi əsas mövzularda əməkdaşlıq sazişləri imzalayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram