Müəllif - Aida İsaq, Banco.az
Almaniya və Fransa ölkələr arasında səyahət və mədəniyyət mübadiləsini özündə əks etdirən yeni proqram layihəsinin icrasına başlayıblar.
Banco.az xəbər verir ki, 27 yaşdan aşağı gənclər üçün 60 min pulsuz bilet istifadəyə veriləcək. Müvafiq proqram yay ayları üçün nəzərdə tutulub. Fransanın nəqliyyat naziri Klement Beaune və onun almaniyalı həmkarı Volker Vissing bununla bağlı mətbuata açıqlamasında müvafiq biletlərin iki ölkə arasında 60 il əvvəl imzalanmış Yelisey Sülh Müqaviləsinin xatirəsinə həsr olunacağını açıqlayıb.
Bildirilir ki, biletlərdən istifadə şərtləri ən qısa müddətdə açıqlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!